Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda dəhşət: Hündürlükdən yıxılan fəhlənin boynu sındı

Bakıda fəhlə iş zamanı yıxılaraq ağır xəsarət alıb.

Mynews.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

İmran Kərimov küçəsində bina tikintisi zamanı 41 yaşlı Əhmədov Yusif Habil oğlu 4-cü mərtəbədən yerə - beton örtüyünün üzərinə yıxılıb. O, boyun sümüyünün sınığı və bədənindəki digər sınıq xəsarətləri diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Y. Əhmədovun vəziyyəti ağır olaraq qalır. Fakt araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...