Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda qonşusunu bıçaqlayan Avropa çempionuna hökm oxundu



	

Mynews.az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il paytaxtın Nərimanov rayonunda 1983-cü il təvəllüdlü X.Məmmədov qonşusu Niyaməddin Rüstəmovu bıçaqlayıb.

Hadisəyə səbəb avtomobilin parklanması üstündə yaranmış mübahisə olub.

X.Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, X.Məmmədov 1999-cu ildə cüdo üzrə Polşada keçirilən Avropa çempionatının qalibi olub.


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...