İsmayıllıda çayxanada partlayış - yaralananlar var
İsmayıllı rayonunda partlayış hadisəsi baş verib.
Mynews.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərindəki mərkəzi bazarın yanında yerləşən çayxanalardan birində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, bir nəfər şəxs çayxanaya daxil olaraq əlindəki partlayıcı vasitəni insanların üstünə ataraq qaçıb.
Partlayış zamanı rayonun Günəşli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məlikov Səfa Fikrət oğlu və Yuxarıbaş kənd sakini 1994-cü il təvəllüdlü Heydərli Asiman Əhməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini 1969-cu il təvəllüdlü Kazımov Zakir Əhməd oğlunun saxlanıldığı bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Loading...
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 599 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 585 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 577 dəfə oxunub
loading...