Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Lotu Quli"nin adamına qarşı əməliyyat - Azərbaycanlı avtoritet saxlanıldı - VİDEO

Rusiyada azərbaycanlı kriminal avtoritet saxlanılıb.    Mynews.az lent.az-a istinadən xəbər verir ki, Çelyabinski şəhərində 47 yaşlı Rəhman Abdullayev saxlanılıb.   Şübhəli şəxs qismində saxlanılan azərbaycanlı avtoritet Rəhman Abdullayev sahibkarlardan hədə-qorxu ilə pul tələb etməkdə günahlandırılır.   Saytın yazdığı məlumatda qeyd edilir ki, Rəhman Abdullayev hazırda Dubayda olan azərbaycanlı qanuni oğru "Lotu Quli” ayamalı Nadir Səlifovun ən yaxın adamlarındadır. Məhz "Quli” Ural ərazisində bütün işləri Rəhman Abdullayevə tapşırıb. Bölgədəki bütün pulları Rəhman toplayırmış.   Artıq mərkəzi rayon məhkəməsi Rəhman Abdullayev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...