Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıtda 39 yaşlı kişi qətlə yetirildi

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Mynews.az-ın report-a istinadən məlumatına görə, hadisə şəhərin 7,8,12 birləşmiş məhəllə deyilən ərazidə, Mehdi Hüseynzadə adına stadionun yaxınlığında olub.

Belə ki, Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu şəxsi meyvə tərəvəz dükanında öz işçisi tərəfindən bıçaqlanıb. O, Sumqayıt şəhər TTYX-a çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyidi Sumqayıt şəhər morquna təhvil verilib. 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...