Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cinayətdə şübhəli bilinən 20 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 122 cinayət faktı qeydə alınıb, onların da 20-i "isti izlər"lə açılıb.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 14, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...