Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alan tələbələrdən biri ölüb - VİDEO

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alan 1999-cu il təvəllüdlü Nəsirzadə Lalə vəfat edib.

Mynews.az xəbər verir ki,  bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Mərkəzdən bildiriblər ki, reanimasiya şöbəsində ağır vəziyyətdə olan olan L. Nəsirzadə martın 11-də səhər saatlarında dünyasını dəyişib.

 

O, Sumqayıt Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin tələbəsi olub.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfər ölmüşdü.

 

Bunlar Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vuqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzüli oğludur(1997-cı il).

 

Onların hamısı Sumqayıt Dövlət Universitetinin tələbəsidir. (APA)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...