Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sosial şəbəkədə tanış olduğu kişiyə intim şəkillərini göndərdi, şantaj olundu - Bakıda

Əvvəl sosial şəbəkədə tanış olub sonra isə şantaj edərək pul tələb etdi.

Cinayət məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilən Bəşirov Elman Şahin oğlunun məhkəmə prosesi may ayının 30-da Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanovun sədrliyi ilə keçiriləcək. Cinayət işində zərərçəkmiş qismində Sultanova Rəna Rahib qızı tanınıb. 

İttiham aktına görə, Bakı şəhər sakini, 42 yaşlı Sultanova Rəna Rahib qızı sosial şəbəkələrin birində Elman adlı şəxslə tanış olub.
Onlar bir neçə vaxt sosial şəbəkədə danışandan sonra münasibətləri istiləşib. Bundan sonra onlar sosial şəbəkədə həm görüntülü danışıblar, həm də bir-birlərinə intim şəkillərini göndəriblər.

Bundan sonra Elman Bəşirov Rəna Sultanovanın şəxsi həyatı ilə bağlı məlumatlar əldə edib.
R.Sultanova ilə bağlı məlumatlar əldə edən Elman onu şantaj etməyə başlayıb. Qadından pul tələb edən Elman əks təqdirdə onunla olan görüntülü danışığının videosunu və göndərdiyi şəkilləri sosial şəbəkədə yayacağı ilə hədələyib.
Bu hədələrlə o, Rəna Sultanovadan iki dəfəyə 100 manat alıb.

Sonuncu dəfə Elman Samirə Mustafayevadan 500 manat verməsini tələb edib.

Qadın şantaj olunması ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 41 yaşlı qadını şantaj edən Elman Bəşirov həbs edilib.

: olke.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...