Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı metrosunda CİNAYƏT

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

DİN-dən Mynews.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Süleymanova "İçərişəhər" stansiyasında qatarda cibindən mobil telefonunun oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qulam Muxtarov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...