Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda sərnişin dolu avtobus aşdı - Ölən və çox sayda xəsarət alanlar var YENİLƏNİB

Bakı-Qazax yolunda sərnişin avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub.

Mynews.az APA-ya istinadən xəbərinə görə, avtobusda Tbilisidən Bakıya gələn 54 turist olub. Onlardan 20-yə yaxını xəsarət alıb.

Yük maşını və minik avtomobili ilə toqquşan avtobus yoldan çıxaraq kənardakı yaşıllıq zonasına girib.

"KamAZ"a çırpılandan sonra aşan "Setra" markalı avtobus Gürcüstandan Bakıya gəlirmiş. Avtobus Hacıqabulun Pirsaat kəndi yaxınlığında qəzaya düşüb. İlkin məlumata görə, sürücü vəfat edib, xeyli insan xəsarət alıb.
 
Qəza zamanı avtobus aşandan sonra yenidən təkərləri üstünə qayıdıb.
 
Hadisə yerinə polis və ticili tibbi yardım briqadaları gəlib.

12:33

Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.

Mynews.az APA-ya istinadən xəbərinə görə, hadisə Hacıqabul rayonun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

Çoxyerli avtobusun “KamAZ” markalı yük maşını ilə toqquşaraq aşdığı bildirilir.

İlkin məlumata görə, çoxlu sayda xəsarət alanlar var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...