Bakıda xuliqanlıq - Sürücü avtomobili jurnalistlərin üzərinə sürdü

Bu gün Avropa.info-nun əməkdaşları görünməmiş xuliqanlıq hərəkəti ilə qarşılaşıblar.
Saat 15:00 radələrində Nərimanov rayonu Nazim Hacıyev küçəsi Əliyar Əliyev küçəsinin kəsişməsində “Chevrolet Niva” markalı maşının sürücüsü avtomobili saytın əməkdaşlarının üzərinə sürüb. 10 PN 879 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək, həmin ərazidə yol piyadanın olduğu halda maşını saxlamayıb. Avropa.info-nun əməkdaşları cəld avtomobilin qarşısından sıçrayıb kənara tullanmasaydılar, hər iki əməkdaş avtomobilin altında qala bilərdi. Bu hərəkətinə görə narazılığını bildirən əməkdaşlarımıza avtomobilin sürücüsü çox kobud şəkildə davranıb. Əvvəlcə sürücü etiraz edib ki, maşın gəlirsə, yoldan niyə çıxmırsınız. Sonra dialoq bu şəkildə davam edib:
Avropa.info-nun əməkdaşı:
– Bura tənzimlənməyən piyada keçididir. Sən mütləq dayanıb, piyada yol verməli idin. Sən isə maşını üzərimizə sürürsən.
Sürücü:
-Burada piyada keçidi yoxdur. Görürsən, maşın gəlir, çıxın kənara. Elə etməyin ki, düşüb, başqa cür danışım.
Avropa.info-nun əməkdaşları kobudluq edən sürücünü nəzakətli danışmağa dəvət etsələr belə, kobud sürücü səsini kəsməyib, xuliqanlıq hərəkətini davam etdirib.
Yol hərəkəti qaydalarından xəbəri olmayan bu kobud sürücünün sonrakı söylədikləri bu şəkildə olub:
“Yaşınız çox olmasaydı, düşüb başqa cür danışardım. Rədd olun, gedin buradan. Düşüb, ağzınızı-burnunuzu dağıdaram”.
Bu qədər xuliqanlığı öz şəxsiyyətinə yaraşdıra bilə bir sürücüyə qarşı DYP mütləq ölçü götürməli, adam haqq etdiyi cəzanı almalıdır. Belə sürücülər düşünməsin ki, avtomobilə miniblərsə, piyadaları tapdalaya bilərlər.
Avropa.info xəbər portalı bu yazı vasitəsilə DİN və DYP-nə müraciət edərək, həmin sürücünün tapılıb cəzalandırılmasını xahiş edir.
Hadisə
- SON DƏQİQƏ! Bakıda zibillikdən doğranmış qız meyiti tapıldı
- Xırdalanda partlayış olan ərazidə son vəziyyət - CANLI YAYIM - VİDEO
- Xırdalanda axtarış işlərinə xüsusi təlim keçmiş itlər cəlb edildi - VİDEO
- Dünənki partlayışda ölən qadının FOTOsu - Azyaşlı qızı dağıntılar altında qalıb
- Vətən müharibəsi qazisinin müəmmalı ölümü
- Xırdalandakı partlayışda ölən şəxsin kimliyi bilindi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- 20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı 998 dəfə oxunub
- Azərbaycanda məktəblər bu tarixdə açılır - RƏSMİ 995 dəfə oxunub
- Xınalığa gedən yol buz bağladı 995 dəfə oxunub
- Qar Ağsu dolarlarında hərəkəti çətinləşdirdi - RƏSMİ 991 dəfə oxunub
- Təhsil naziri: “Qısa müddətdə qapanmalara qayıda bilərik” 987 dəfə oxunub