Maqnitofon oğrusu Füzuli və Nizami ələ keçdi
Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, iyunun 1-nə keçən gecə Binəqədi rayonunun M.Cəlal küçəsində Bakı şəhər sakini N.Məmmədova məxsus “Lada Priora” markalı avtomobildən maqnitofonun oğurlanması barədə 7-ci Polis Bölməsinə müraciət daxil olub.
Dərhal başlanan əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən iki nəfər qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların paytaxt sakinləri olan iki qardaş - əvvəllər məhkum olunmuş Füzuli Mustafayev və Nizami olduqları müəyyən edilib.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə mayın 30-da Gəncə şəhər sakini R.Yusifova məxsus “VAZ-2106” markalı avtomobildən 200 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla şəhər sakini olan, əvvəllər məhkum olunmuş Atəş Paşayevin digər cinayət əməllərinin də üstü açılıb. Onun mayın 22-də şəhər ərazisində daha iki avtomobildən pul, maqnitofon, videoqeydiyyat qurğusu və 15 litr yanacaq oğurlaması da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 942 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 915 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 907 dəfə oxunub