Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda silahlı şəxslər tutulub

Qazaxda polis qanunsuz silah satmaq istəyən şəxsi tutub.

Mynews.az bildirir ki, Qazax polisi tərəfindən idman çantasına qoyduğu silah-sursatı Ağstafaya satmaq məqsədi ilə gedən Qazax sakini İlham Nəsibov saxlanılıb. Şübhəli şəxsin üzərinə keçirilən baxış zamanı əl çantasındam 1 ədəd avtomat, 22 ədəd 5.45 kaliberli patron və avtomata aid olan bir ədəd sandıq aşkar edilib. Götürülmüş maddi sübutlar əməkdaşlar tərəfindən ekspertizaya göndərilib.

Dindirilmə zamanı İlham Nəsibov avtomatı rayon ərazisindəki meşədən tapdığını, Ağstafa rayonuna İsmayıl adlı şəxsə satmaq istədiyini bildirib.

Bu, İsmayıl Nəsibovun ilk cinayət əməli deyil. Bundan əvvəl narkotik maddələrin alqı-satqısında təqsirli bilinərək azadlıqdan məhrub edilib. Hazırda Qazax polisi şübhəli şəxsin başqa cinayət əməllərinin olub-olmamasını araşdırır.

Mingəçevirdə də üzərində silah gəzdirən şəxs tutulub. şəhər polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 41 yaşlı Vaqif Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd 12 kalibr kustar üsulla lüləsi kəsilmiş odlu silah, sellofan torbanın içərisində 357 ədəd pulameyot və 20 ədəd avtomat gülləsi aşkarlanaraq götürülüb. Saxlanılan Vaqif Hüseynov əvvələr də məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırmalar davam etdirilir. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...