Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avtomobilini kimyəvi təmizləməyə verdi, 250 manat xərcə düşdü - VİDEO

Avtomobilini kimyəvi təmizləməyə verən şəxs əlavə 250 manat xərcə düşüb.

Mynews.az xəbər verir ki, buna səbəb naşı şəxslər tərəfindən avtomobilin təmizlənməsi zamanı elektronik sistemin zədələnməsidir.

Uzun illərdir kimyəvi təmizləmə ilə məşğul olan Qoşqar Həsənlinin sözlərinə görə, bu kimi problemlər kimyəvi təmizlənmə zamanı tez-tez baş verir. Buna səbəb qeyri-peşəkarların avtomobilin elektronik hissələrinə su va ya təyinatına uyğun olmayan dərmanlar vurmasıdır.

Əgər zərər kimyəvi təmizləməni edən şəxs tərəfindən vurulubsa, dəyən ziyanı da usta ödəməlidir. Buna görə də sürücülər yalnız zəmanət verilən yerlərdə avtomobillərini təmizlətdirməli və maşını ustaya təhvil verərkən bu avadanlıqların işlək olduğunu göstərməlidir. Çünki, hətta təmizlənmə zamanı istifadə edilən buxar da maşına ziyan vura bilər.

Onu da qeyd edək ki, hazırda "Sedan" avtomobilləri üçün kimyəvi təmizləmənin qiyməti 80-140 manat arasında, "Ofrodlar" üçün isə 120-200 manat arasında dəyişir.(xezerxeber)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...