Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şirkət xəzinədarını soyanlar məhkəmə qarşısında - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Səidə Məmmədova, Tural Quliyev və Asif Abdullayevın CM-nin 179.3.2 (mənimsəmə, külli miqdarda ziyan vurulmaqla törədildikdə), 180.2.1 (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 180.3.2 (soyğunçuluq, külli miqdarda ziyan vurulmaqla törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Mynews.az-ın məlumatına görə, ötən il iyulun 15-də paytaxtda yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134.000 manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub. 

İstintaq zamanı məlum olub ki, hadisə planlı şəkildə qurulub. Səidə MMC-nin xəzinəsindən 45.000 manat pul götürüb və xərcləyib. Yaranan kəsiri aradan qaldırmaq üçün tanışı Tural Quliyevdən ona kömək etməyi xahiş edib. O, isə pulu mərc oyununa qoymağı məsləhət görüb və Səidədən 20.000 manat alıb. Quliyevin sözlərinə görə, planı Məmmədova özü qurub. Ofisdən pulla çıxacağını dəstə üzvlərinə mobil telefonla xəbər verib: 

“Qız planı belə qurdu ki, kassaya olan borcunu da toplayaraq 120-130.000 manat oğurlandığını desin. Çıxanda zəng elədi. Yaxınlaşdım ona, vurdum boynunun arxasından. Çantanı götürdüm, içərisində 53.000 manat var idi. Asifin idarə etdiyi “Niva” markalı avtomaşınla hadisə yerindən qaçdıq”. 

Saxlanılan Asif Abdullayev da əməlini etiraf edib. 

Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı Tural Quliyevə və Asif Abdullayevə 7 il, Səidə Məmmədovaya 6 il cəza təyin edilməsini istəyib. 

 

 




                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...