Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kanalda batan oğlanın meyiti tapılıb

Mayın 25-də Samur-Abşeron kanalında batdığı ehtimal olunan Dəyanət Nəbiyev Didar oğlunun meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Mynews.az-a verilən məlumata görə, mayın 25-də Samur-Abşeron kanalının Qusar rayonu, Urva kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 82 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Nəbiyev Dəyanət Didar oğlunun axtarışları başa çatıb.

Dəyanət Nəbiyevin cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...