Deputat oğlunun pulunu ələ keçirən məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Elnur İbrahimovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Mynews.az-ın məlumatına görə, təqsirləndirilən şəxs vətəndaş Elvin Vəliyev, Zaur Səfərov, Fərman Məmmədov, Həbib Axundov və digərlərinin etibarından sui-istifadə edərək, onlara birgə biznes qurmağı təklif edib.
Bu bəhanə ilə zərərçəkmişləri aldadaraq, onların ümumilikdə 1.000.000 manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaqın gedişatında məlum olub ki, iş üzrə zərərçəkmiş şəxslərdən biri Həbib Axundov millət vəkili Elmira Axundovanın oğludur.
Məhkəmə prosesində zərərçəkmişlərdən birinin müdafiəçisi cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatət verib. O, qeyd edib ki, istintaq qeyri-obyektiv aparılıb.
Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
İş üzrə baxış ayın 14-nə təyin edilib.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 940 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 913 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 905 dəfə oxunub