Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zaqatalada ev yanıb

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Mynews.az-ın məlumatına görə, yanğın bu gecə saat 01 radələrində rayonun Yuxarı Tala kəndində, kənd sakini Cuma Həsən oğlu Əliyevə məxsus, ümumi sahəsi 160 kv/m olan, ikimərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki otaqlardan birinin tavanı 20 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...