Pambıq sahəsində zəhərlənənlərin sayı artıb
Saatlının Sımada kəndi ərazisində pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə bağlı dörd nəfər Bakı Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə yerləşdirilib.
Mynews.az-ın məlumatına görə, bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.
Onun sözlərinə görə, Saatlının Sımada kəndi ərazisində pambıq sahəsində baş verən zəhərlənmə hadisəsi ilə bağlı 24 nəfər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:
“Bakıdan həkim briqadası Saatlıya ezam olunub. Həkimlər xəstələrin vəziyyəti ilə tanış olaraq onlara tibbi yardım göstəriblər. Zəhərlənənlərdən dördü Bakıdakı Toksikologiya Mərkəzinə göndərilib.
Müalicələri davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir”.
Səfayə Əhmədova qeyd edib ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasında müalicə alan xəstələrdən ikisinin vəziyyəti qənaətbəxş olduğu üçün öz ərizələri əsasında evə buraxılıb:
“Digərlərinin müalicəsi davam edir”.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1149 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1057 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 985 dəfə oxunub