Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

FHN-dən Bakıdakı dəhşətli qəza ilə bağlı - Açıqlama

FHN Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Mynews.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda VAZ markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Report-un məlumatına görə, sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə VAZ-2106-da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...