Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Öldürüb orada basdırıblar” - Xaçmazda DƏHŞƏTLİ cinayətin üstü açıldı - VİDEO

Xaçmaz rayonunda qətl hadisəsinin üstü açılıb.

Mynews.az xəbər verir ki, bir neçə gün öncə Xaçmaz şəhər sakinini öldürərək Əbilyatağı kəndi ərazisindən basdıran şəxslər saxlanılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə meyit basdırıldığı yerdən çıxarılıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Həmin şəxsin 51 yaşlı Əzizov Mirzağa Bədəl oğlu olduğu müəyyənləşib.

Etibar Əzizov (mərhumun qardaşı) : “Keçən ayın 21-i evdə olub. Görmüşəm. Bu gün eşitdim. Öldürüb orada basdırıblar”.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilir ki, ilkin müayinələrlə meyiti tapılan şəxsin 15 gün əvvəl öldürüldüyü məlum olub. Onun başına balta ilə vurularaq, öldürüldüyü bildirilir. 

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...