DİN Xaçmazda törədilən qətlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Xaçmazda törədilən qətlə bağlı məlumat yayıb.
DİN-dən Mynews.az-a verilən məlumata görə, Xaçmaz rayon sakini Şahin İmanov iyunun 11-də Rayon Polis Şöbəsinə könüllü gələrək tanışı Elbrusla birlikdə 10 gün əvvəl Mirzağa adlı şəxsi qətlə yetirdikdən sonra rayonun Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırdıqlarını bildirib.
Məlumatla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyiti çıxarılaraq, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.
Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq, rayon prokurorluğuna təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Hadisə
- Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızı Türkiyədə vəfat etdi
- Hüseyn Məhəmmədoğluna ağır itki
- Qarlı hava nəticəsində Bakıda baş verən qəzaların sayı açıqlandı
- Qaradağda 10 maşın toqquşdu, ölən var - DƏHŞƏTLİ qəza
- Daha bir Vətən müharibəsi iştirakçısı intihar etdi - FOTO
- Ağsu aşırımı buzladı, hərəkət dayandı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Sürücü əli ilə saxlamaq istədiyi yük maşınının altında qalıb öldü - ANBAAN VİDEO 925 dəfə oxunub
- Prezident Azərbaycan İnvestisiya Holdinqinə yeni səlahiyyətlər verdi 917 dəfə oxunub
- Paşinyan xəstəxanaya çatdırıldı - Sui-qəsd törədən 3 əli silahlı şəxs…. 914 dəfə oxunub
- Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ 914 dəfə oxunub
- Qiymət artımı ilə bağlı qərar QƏBUL EDİLDİ 597 dəfə oxunub