Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gənc oğlan küçədə tanımadığı şəxs tərəfindən bıçaqlandı - Bakıda

Paytaxtın Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Mynews.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Cəfərov Fuad Amin oğlu Vəzirov küçəsi ilə evə gedərkən ona tanımadığı şəxs yaxınlaşıb.

Bu zaman onların aralarında mübahisə düşüb. Nəticədə F.Cəfərovun sağrı nahiyəsinə iki bıçaq zərbəsi vurulub.

Yaralı çoxlu qan itirib. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...