Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ət dükanında insident - Qohumunun üzərinə benzin töküb yandırdı

Gəncə şəhər sakini qohumunun üzərinə benzin tökərək onu yandırıb.

Mynews.az report-a istinadən xəbər verir ki, şəhər sakini, 1954-cü il təvəllüdlü Fikrət Əmiraslanov özünə məxsus ət dükanında olan zaman qohumu Rabid Abdinov sərxoş vəziyyətdə dükana gəlib və onunla mübahisə edib. 

Mübahisə zəmnində R.Abidinov özüylə plastik qabda gətiridiyi benzini qəfildən F.Əmiraslanovun üzərinə səpərək alışdırıb.  

Müxtəlif yanıq xəsarətləri alan F.Əmiraslanov xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, F.Əmiraslanov hadisəni törədən şəxsin bacısı qızının qayınatasıdır və hadisəyə ailələr arasında olan münaqişə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...