İsmayıllıda ağır qəza - 3 ölü, 3 yaralı
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə iyunun 14-də gecə saat 23:00 radələrində yolun 177-ci kilometrliyində, İsmayıllının Gəraybəyli kəndi ərazisində qeydə alınıb. Göyçay sakini, 1970-ci il təvəllüdlü taksi sürücüsü Çingiz Eminov idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə Bakıdan sərnişinləri rayona gətirərəkən qaranlıqda qəflətən yoluna çıxan 2 baş inəyi vurub. Zərbə nəticəsində avtomobil aşıb.
Qəza zamanı sürücü və adı hələ ki, məlum olmayan bir sərnişin hadisə yerində ölüb, biri uşaq olmaqla 4 nəfər ağır xəsarət aldığı üçün Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, ağır xəsarət alan Göyçay rayon sakinləri - 1992-ci il təvəllüdlü Vətənxan Gülçöhrə İlham qızı, onun azyaşlı oğlu, 2013-cü il təvəllüdlü Vətənxan Kamal Nejdət oğlu, 1993-cü il təvəllüdlü Abışova Nərmin Aqil qızı və bacısı, 1992-ci il təvəllüdlü Abışova Bəyim Aqil qızı cərrahiyə və reanimasiya şöbələrinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Bəyim Abışovanın həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 926 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 907 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 598 dəfə oxunub