Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gürcüstanda polis rəisi qətlə yetirildi

Gürcüstanın Acarıstan bölgəsində polis əməkdaşı qətlə yetirilib.

Mynews.az-ın məlumatına görə, ötən gecə baş vermiş insident zamanı qətlə yetirilən şəxs Kobuleti rayonunun Muxaestate kəndinin polis departamentinin rəisi Buta Antadzedir.

O, soyuq silahla öldürülüb.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

Qətli törədən şəxs artıq saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...