Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lənkəranda ata oğluna xəsarət yetirib

Lənkəranda 19 yaşlı oğlan baş nahiyəsindən küt alətlə vurulub.

Mynews.az-ın məlumatına görə, Liman şəhəri ərazisində qeydə alınan hadisə zamanı döyülən şəxs, 1999-cu il təvəllüdlü Fərid Həsən oğlu Əzizlidir.

F. Əzizli aldığı xəsarət ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib və həkimlər tərəfindən ona müvafiq yardım göstərilib. 

F. Əzizlinin xəstəxanaya daxil olarkən spirtli içkinin təsiri altında olduğu deyilir. Hadisənin isə aralarında yaranan mübahisə zəmnində atası Həsən Əzizli tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...