Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda piyadanı vurub qaçan sürücü sakinlər tərəfindən döyülüb

Bakıda piyadanı vurub qaçan sürücü sakinlər tərəfindən döyülüb.

Mynews.az report.az-a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda baş verib.

Binəqədi qəsəbəsində yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Orucov Elton Eldar oğlunu "Mercedes" markalı avtomobil vurub. Hadisə şahidlərinin dediyinə görə, sürücü sərxoş vəziyyətdə olduğundan qəzanın baş verdiyi ərazidən qaçıb. Ancaq o, taksi ilə izlənilərək saxlanılıb və döyülüb. Buna baxmayaraq, sürücü avtomobilini tərk edərək qaçmaqla gizlənə bilib.

Yaralı piyada xəstəxanaya yerləşdirilib.

Binədi Rayon Polis İdarəsinin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirib.

Sürücü isə axtarışdadır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...