Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Daha bir gənc qız intihar etdi

Ağsu rayonunda intihar hadisəsi baş verib. Mynews.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu şəhərinin 20 Yanvar küçəsindəki mənzillərdən birində qeydə alınıb.

Rayon sakini, 1998-ci il təvəllüdlü Şıxıyeva Ləman Mahir qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...