Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İntihar edən qızın nişanlısını HƏBS GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Biləsuvarda 16 yaşın qızın intihar etmə səbəbi ötən gün məlum olub.

Mynews.az bildirir ki, qızın intihar etməzdən əvvəl özünü lentə aldığı videogörüntüsü ortaya şıxıb. O, görüntülərdə özünəqəsdin səbəbi kimi nişanlısının ona xəyanət etməsini göstərib. Nişanlı qız videonu çəkdikdən sonra daha sonra onu nişanlısına göndərib. Daha sonra Səkinə Nəsimi qızı Məmmədova özünü həyətdə asaraq həyatına qəsd edib.

Baş verən hadisə ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Sahib Məmmədov bildirir ki, ortada məcburetmə əlaməti varsa, o zaman ölən qızın nişanlısını məsuliyyət gözləyir:

“İstənilən halda cinayət işi başlanılacaq. Çünki ortada intihar halı var. Lakin sonrakı işin gedişində günahkar məlum olarsa, həmin şəxs məsuliyyətə cəlb olunacaq. Videoya görə oğlanı hansısa bir məsuliyyət gözləmir. Lakin oğlanın qızı ölümə təhrik etməsi ortaya çıxarsa, o zaman məsuliyyətdən söhbət gedə bilər”.

Qeyd edək ki, 16 yaşlı Məmmədova Səkinə mayın 27-də Agalıkənd kəndində intihar edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...