Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda dünən yanan bazar yenidən alışdı - VİDEO

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib

Ötən gün güclü yanğının baş verdiyi “Dərnəgül” tikinti materialları bazarında yenidən yanğın başlayıb. REAL-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, bazardakı yanğın nöqtələrində alovlanma qeydə alınıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. 

Qeyd edək ki, iyunun 19-da Bakı şəhərinin Nərimanov rayonu əraizindəki bazarda ümumi sahəsi 1100 m² olan ikimərtəbəli müxtəlif təyinatlı tikinti materialları mağazalarının dam örtüyünün yanar konstruksiyaları (içərisində olan tikinti materialları ilə birlikdə) və 720 m² sahədə açıq əraziyə yığılmış tikinti materialları yanıb.


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...