Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İsmayıllıda avtomobil yeddi yaşlı uşağı vurub öldürdü

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az xəbər verir ki, 50-BE-448 dövlət nömrə nişanlı, “QAZ 2400” markalı avtomobil Muğanlı-İsmayıllı yolunun 29-cu kilometrliyində hərəkətdə olarkən yolu keçən piyadanı, 2011-ci il təvəllüdlü Babayev Məhəmməd Əhməd oğlunu vurub.

Ağır bədən xəsarətləri alan yeddi yaşlı uşaq ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...