Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çayda batan şəxsin meyiti tapıldı

Kür çayında batan şəxsin meyiti tapılıb.

Mynews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyunun 21-də Kür çayının Sabirabad rayonunun Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1976-cı il təvəllüdlü Hüseynov Asəf Ağaqulu oğlunun axtarışları başa çatıb. A. Hüseynovun meyiti Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...