Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda yük maşını sərnişin avtobusuna çırpılıb

Son günlər məsuliyyətsiz sürücülərin idarə etdiyi nəqliyyat vasitələrinin sərnişin avtobuslarının hərəkətində çətinlik yaratması, qəza törətməsi və ya qəza şəraiti yaratması kimi halların sayı xeyli artıb. 

Mynews.az-ın verdiyi xəbərə görə, Binəqədi rayonu, Biləcəri dairəsində nasaz vəziyyətdə yola çıxmış ağır tonnajlı yük maşını 135 saylı xətt üzrə hərəkət edən avtobusu vuraraq qəza törədib.

Belə ki, yüklə dolu “Shacman” markalı, 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını gəldiyi sürətlə “Daewoo” markalı, 10 TG 031 nömrə nişanlı avtobusa çırpılıb. 

Avtobusun salonundakı sərnişinlər arasında ciddi xəsarət alan olmayıb.

Polis faktla bağlı araşdırma aparır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...