Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı diplomatın oğlu ölkədən qaçarkən tutuldu - ŞOK HADİSƏ

Belarusun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları azərbaycanlı diplomatın oğlunu saxlayıblar.

Mynews.az xəbər verir ki, bu barədə fontanka.ru saytı məlumat yayıb. Saxlanılan 27 yaşlı Emil Osmanov qanunsuz bank fəaliyyətində ittiham olunur.

Məlum olub ki, Osmanov Vyanadan Minskə gəlib və orada diplomatın oğlunu şəxsi sürücüsü gözləyib. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları Osmanovu təqib ediblər və gənc biznesmen Rusiya ilə sərhədi keçərkən saxlanılıb. E.Osmanov kortejlə Peterburqa aparılıb. 

Qeyd edək ki, Emil Osmanov Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun oğludur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...