Öz qulağını yeyən məşhur azərbaycanlı kriminal avtoritetlə bağlı - YENİ XƏBƏR
Şirvan Apelyasiya Məhkəməsində ana və oğulu qətlə yetirən şəxsin apelyasiya şikayətinə baxılıb.
Mynews.az xəbər verir ki, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə əvvəllər dəfələrlə məhkum edilmiş xüsusi təhlükəli residivist Fətullayev Nəriman Səfər oğlunun apelyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2008-ci ildə 56 yaşlı Nəriman Fətullayev "Zərgər Şükür"ün evi adlandırılan mənzilə basqın edib. Zərgər Şükür Əhmədovun ailəsinə basqın zamanı, onun oğlu Şahin Əhmədovu çoxsaylı bıçaq zərbələri ilə öldürüb, onun həyat yoldaşı Əzizə Əhmədovaya isə hücum edib və qadın xəstəxanada vəfat edib. 2014-cü ilə qədər hüquq-mühafizə orqanlarına qətlin üstünü açmaq müvəffəq olmayıb.
Qətldən bir neçə il keçəndən sonra Fətullayev odlu silah saxlamağa görə həbs olunub və ikiqat ölümlə bağlı cəzadan qaçmağa müvəffəq olub. N.Fətullayev iki il həbsdə yatıb və azadlığa çıxıb. Həbsdən azad olunandan sonra Rusiya Federasiyasında yaşayan N.Fətullayev barəsində şübhələr olduğundan onun istintaqa cəlb olunması üçün barəsində axtarış elan edilib. Bir dəfə N.Fətullayev saxlanılarkən polisləri qorxutmaq və şəxsi toxunulmazlıq əldə etmək üçün nümayişkaranə şəkildə öz qulağını kəsib və onu yeyib. Sonuncu dəfə 2017-ci ilin may ayında saxlanılarkən Fətullayev hasardan toyuq hininin çardağına tullanaraq qaçmağa cəhd etsə də birbaşa onu həbs etməyə gələn əməliyyat qrupunun əlinə düşüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fətullayev Nəriman Səfər oğlu oğlu Cinayət məcəlləsinin 120.2.4, 120.2.9, 120.2.11, 29, 120.2.6, 29, 120.2.7, 29, 120.2.10, 181.3.2, 181.3.3 maddələri ilə təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.//Lent.az
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 982 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 953 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 943 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 943 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 940 dəfə oxunub