"Lerikdə zorlandığı deyilən 7-ci sinif şagirdi bakirədir" - Ekspertizadan sensasion rəy
"Zorlanaraq 4 aylıq hamilə olduğu deyilən qızı həkimə aparıb, ekspertiza etdilər. Yayılan iddialar yanlışdır".
Mynews.az xəbər verir ki, bu sözləri Open.az-a açıqlamasında Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov deyib.
Onun sözlərinə görə, qız bakirədir: “Qız hazırda Bakıdadır. Heç bir zorlanmadan söhbət gedə bilməz. Yəqin bu gün Prokurorluq və Daxili İşlər Nazirliyi bu barədə rəsmi məlumat yayacaq”.
Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Lerikdə məmur qohumunun 13 yaşlı qızı zorlaması ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda bildirilib ki, “Azərişıq”ın Lənkəran regionu üzrə rəis müavini Aydın Məmmədovun qardaşı oğlu və sürücüsü, 25 yaşlı Elnur Elman oğlu Məmmədov qonşuluqda yaşayan 13 yaşlı qızı zorlayıb. Həmçinin qeyd olunub ki, şagird 4 aylıq hamilədir.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 908 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 593 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 584 dəfə oxunub