Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xızı sakininin evində silah-sursat və narkotik aşkar edilib

Xızı sakininin evindən silah-sursat və narkotik aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Giləzi qəsəbə sakini Ramin Rəhimovun evindən ov tüfəngi, 10 ədəd patron, 1 ədəd süngü-bıçaq, 1 ədəd xəncər, həmçinin narkotik vasitə olan heroin və marixuana aşkar edilərək götürülüb.

Maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...