Keçmiş bələdiyyə sədri əmisi oğlunu güllələdi - VİDEO

ARB TV-nin “Rezonans” verilişində bu dəfə məhbus Kamil Qədirovun həbsxana hekayələrindən bəhs olunub.
Kamil Qədirov (cəzası 12 il): “2004-cü ildən bələdiyyə sədri vəzifəsində çalışırdım. Su növbəli şəkildə verilirdi. Bu növbəni saxlamağı mənə tapşırmışdılar və mənə etimad göstərirdilər. Həmin növbəni qoruyurdum. Bir axşam evdə nəvələrimlə oturub kinoya baxırdım. Həmin gün suyu aparacaq şəxs mənə zəng elədi və dedi ki, suyu əmin oğlu kəsib, vermir. Sənana dedim ki, növbə onundur, ver aparsın, ya da yarıya böl. Narazılıq etdi. Durub bunlara getdim. Çatan kimi var-yoxumu söydü və məni vurdu. “Lapatka”nı götürüb mənə zərbələr endirdi. Gördüm ki, mümkün deyil. Qorxutmaq üçün tüfəngimin içinə patron qoydum. Qorxmadı, üstümə gəlib yenə vurdu. Huşumu itirən zaman tüfəngdən atəş açıldı. Sənan yerə yıxıldı. Güllə bunun boğazından girib çıxıb. Özüm polisə zəng edib təslim oldum. Onunla münasibətimiz çox yaxşı olub. İndi də bizimkilərlə onun ailəsi normaldı. Neçə saat yalvardım ki, eləmə. Məni öldürürdü, ölməmək üçün öldürdüm. Başqa yolum yox idi. Yanıma nəvələrim, ailəm, qohumlarım gəlir. Nəvələrim soruşur ki, “baba, niyə evimizə gəlmirsən?” Onlar ata üzü də görmür. Ataları hərbçidir”.
Hadisə
- Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO
- İşğaldan azad olunmuş ərazilərə getmək istəyənlər saxlanıldı
- Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka DOLLAR TAPDI - "Elə bildik ermənidən qalıb ..."
- Gürcüstan Azərbaycanla sərhəddi açdı – - YENİ QAYDALAR
- Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızı Türkiyədə vəfat etdi
- Hüseyn Məhəmmədoğluna ağır itki
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda daha iki marşrutun hərəkət sxemi dəyişdirilir 599 dəfə oxunub
- Hüseyn Məhəmmədoğluna ağır itki 595 dəfə oxunub
- Antarktida buzlağından nəhəng aysberq ayrılıb - VİDEO 589 dəfə oxunub
- Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızı Türkiyədə vəfat etdi 586 dəfə oxunub
- Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək 585 dəfə oxunub