Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xaçmazda BİABIRÇILIQ - Qardaş arvadı ilə ... - VİDEO

Xaçmazda uzun illlər öncə baş verən hadisə hər kəsi şoka salıb.

Mynews.az xəbər verir ki, qardaş atadan xəbərsiz bacısını Türkmənistana satıb. Bu barədə Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində satılan qızın bacısı məlumat verib.

"Oğlan Xaçmaza gəlmişdi. Dedi ki, mən bu qızı istəyirəm. Qardaşım da arvadı ilə birləşib bacımı pul qarşılığında satdı. Atam həmin vaxt işdə idi. Evə gələndə bacımın harada olduğunu soruşdu. Mən də yalandan dedim ki, Bakıda rəfiqəmgildədir. Atam hər şeyi başa düşəndə qardaşın arvadına hücum çəkdi. Bacım çox avam qız idi".

Qeyd edək ki, hazırda 1991-cı ildə satılan Ceyran adlı qızın axtarışları davam edir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...