Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xalasının ərini öldürən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunun ölümünə səbəb olmaqda təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Mynews.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 4-də davam edəcək.

Qeyd edək ki, hadisə bu il Abşeron rayon Saray qəsəbəsində baş verib.

Vüqar Hüseynovun qızı və nəvəsi avtoqəzaya düşərək ölüb. Onların yas mərasimi başa çatandan sonra Vüqar Hüseynov xalasının əri Muğam Şakirova yasa niyə gəlməməsi ilə bağlı irad bildirib. Bu zaman Muğam Şakirov Vüqar Hüseynovun ölmüş qızı və nəvəsini təhqir edib.

Bundan qəzəblənən V. Hüseynov xalasının ərini döyüb. Aldığı zərbə nəticəsində özündən gedən M. Şakirov xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Vüqar Hüseynov polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi ilə ittiham verilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...