Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cəlilabadda uşaq dərmandan zəhərlənərək ölüb

Cəlilabaddakı faciənin təfərrüatı məlum olub.

Mynews.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Hasıllı kəndində baş verib.

Belə ki, həmin kəndin 2016-ci il təvəllüdlü sakini Bağırov Mirkamil Samir oğlu nəzarətsiz qalaraq evdə olan milçək dərmanını içib.

Məlumata görə, M.Bağırovun babası feldşerdir. Elə ilk tibbi yardımı da o göstərib.

Xəstəyə sistem köçürüb. Lakin azyaşlının vəziyyəti pisləşdiyi üçün o, təxminən iki saatdan sonra ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəyə Reanimasiya şöbəsində göstərilən bütün yardımlara baxmayaraq o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...