Bakıda faciəvi hadisə: “Konduktor” avtobusdan yıxılıb öldü
Bakıda sərnişin avtobusunda ölüm hadisəsi baş verib.
Mynews.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Müseyibov Sərxan Fərman oğlunun idarə etdiyi, 40 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewo” markalı 90 TG 365 dövlət nömrə nişanlı avtobusda baş verib.
Marşrut avtobusu Sabunçu körpüsü üzərindən Sabunçu qəsəbəsi istiqamətində hərəkət edərkən avtobusda pulyığan işləyən Cabbarov Tural Elçin oğlu avtobusun qapısı açıq olduğu üçün yola yıxılıb.
T.Cabbarov ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaralı aldığı xəsarətlərdən xəstəxanada keçinib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 981 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 952 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 942 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 941 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 939 dəfə oxunub