Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qaxda ağır qəza: Ölənlər var - FOTO

Zaqataladan Mingəçevirə gedən mikroavtobus ağır qəzaya uğrayıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə saat 10:00 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb.

Əliabad-Mingəçevir marşrut xətti üzrə fəaliyyət göstərən “Mercedes” markalı sərnişin mikroavtobusu “KamAZ”la toqquşub.

Nəticədə mikroavtobusun sürücüsü, Zaqatala rayonunun Qanqax kənd sakini, 1976-cı il təvəllüdlü İlkin Haqverdi oğlu Əliyev hadisə yerində ölüb. Xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərdən biri, 54 yaşlı Rəhilə Mikayılova orada həyatını itirib.

Mikroavtobusda olan sərnişinlərdən səkkizi - Tərtər rayon sakini, Həsənova Səltənət Məmməd qızı (1958), Zaqatala rayon sakini, Cəfərova Günel Eldar qızı (1979), Mingəçevir şəhər sakini, Nadirli Nüranə Rövşən qızı (1996), Şəki rayon sakini, Babayeva Günay Elman qızı (1996), Mingəçevir şəhər sakini, Həmzəyeva Mələk Səməd qızı (1985) Mingəçevir, Zaqatala rayon sakini, Həmzəyeva Əlifnur Samir qızı (2014), Zaqatala rayon sakini, Həmzəyeva Əsmənur Samir qızı (2017), Mingəçevir şəhər sakini, Sarıyeva Nigar Şaban qızı (1982) xəsarət alıb. 

Onlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Məlumata görə, xəsarət alan iki azyaşlı - 2017-ci il təvəllüdlü Həmzəyeva Əsmanur və 2014-cü il təvəllüdlü Həmzəyeva Əlifnur reanimasiya şöbəsinə yerləşdiriliblər.


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...