Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dərmandan zəhərlənib ölən uşaq tanınmış müğənninin qohumu imiş - AÇIQLAMA

Ötən gün Cəlilabadda dərmandan zəhərlənərək ölən iki yaşlı Mirkamil Bağırov azərbaycanlı müğənni Elçin Hüseynovun bibisi nəvəsi imiş.

Mynews.az-ın məlumatına görə, bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, azyaşlının həyatına ağcaqanad dərmanı son qoyub: “Səhərdən bir neçə saytlar məni yığır, amma hazırda yas yerindəyəm. Ona görə də çox danışa bilməyəcəm. Bəli, dünyasını dəyişən körpə bibim nəvəsidir. Övlad itkisi çox ağır itkidi. Allah heç bir valideynə bu itkini yaşatmasın”.

Xatırladaq ki, Cəlilabadda iki yaşlı uşaq dünyasını dəyişib. Gecə saatlarında rayonun Hasılı kənd sakini, 2016-cı il təvəllüdlü Mirkamil Samir oğlu Bağırov valideynləri tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

M. Bağırova həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq o, dünyasını dəyişib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...