Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda şəhid anasını təhqir edən məmur döyüldü

"Aqrolizinq” ASC-nin Yevlax regional filialının sədri Sədaqət Ağayev Yevlax sakinləri tərəfindən döyüldüyü bildirilir. Buna səbəb kimi onun şəhid anasının ünvanına küçə söyüşləri söydüyü göstərilir.

Mynews.az Minval.info-ya istinadən xəbər verir ki, filial sədrinin Səmədabad kənd sakini Sənəm Əliyevanı təhqir etdiyi bildirilir. İddiaya görə, Sədaqət Ağayev bir neçə gündür ki, rayonun adıçəkilən kəndində taxıl biçini aparan kombaynın işini yarımçıq saxlayıb. O, ağır texnikanı idarə edən şəxsə Tanrıqullar kəndində olan dostunun sahəsində iş görməyi tapşırıb. Bundan xəbər tutan kənd sakinləri kombaynın qarşısını kəsərək kənddən çıxmasına əngəl olublar.

Sədaqət Ağayevin isə onların narazılığına məhəl qoymadığı bildirilir. Məlumata görə, filial sədri deyib ki, kombayn 10 gün belə istifadəsiz qalar, amma Səmədabad kəndində taxıl biçini işləri aparılmasına icazə verilməyəcək.

Daha sonra kənd sakinləri ondan şəhid ailəsi olan Sənəm Əliyevanın sahəsinin biçilməsini xahiş ediblər. Lakin S.Ağayev onlara sərt cavab verərək S.Əliyevanı təhqir edib. Hətta onun şəhid anasının ünvanına küçə söyüşləri söydüyü deyilir. Bu söyüşdən qəzəblənən sakinlər filial sədrini döyüblər.

"Aqrolizinq” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, hadisə araşdırılır:

"Bölgələrdən daxil olan müraciətlər əsasında şikayətlərə baxılır. Lakin Səmədabad kəndindən heç bir müraciət olunmadan belə hadisə baş verib. Qurum şəhid ailələrinin işinə daha tez baxır. Hadisənin nə səbəbdən və necə baş verdiyi araşdırılır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...