Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycana gələn ərəb turist hovuza nəcis etdi

Şəkidə yerləşən “Marxal Resort & SPA” mərkəzində ərəb turist hovuzla tualeti səhv salıb. O, təbii ehtiyacını tualet əvəzinə hovuzda ödəyib.

Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu səbəbdən o, 500 manat cərimələnib.

Daha sonra Bakıya gələn turist Səudiyyə Ərəbistanın ölkəmizdəki səfirliyinə şikayət edib.

Məsələ ilə bağlı “Marxal Resort & SPA” ilə əlaqə saxlanılıb. Hotelin satış üzrə mütəxəssisi Günel Balayeva hadisəni təsdiqləyib. Bildirib ki, ərəb turistlər əvvəlcə cəriməni ödəmək istəməsə də, sonradan məsələ öz həllini tapıb:

“Həqiqətən də, belə bir hadisə olub. Turistlər hotelimizdən çıxarkən onlara hovuzu çirkləndirdikləri üçün 500 manat cərimələndikləri bildirilib. Ərəb qonaqlarımız əvvəlcə buna etiraz etsə də, daha sonra cəriməni ödəyərək hotelimizdən ayrılıb. Səfirliyə şikayət etdiyini bilmirdik, bizə bu haqda məlumat daxil olmayıb”.

Qeyd edək ki, ölkəmizdə ərəb turistlərlə bağlı sözügedən hadisə ilk dəfə baş vermir. Regionlarda fəaliyyət göstərən digər istirahət mərkəzlərində də analoji hallar yaşanır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...