Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəkidə dəhşət - Kişinin sinəsini deşib, başını kəsdilər

Şəkidə 48 yaşlı kişi mübahisə zəmnin həmkəndlisi tərəfindən bıçaqlanıb.

Mynews.az-ın məlumatına görə, bu gecə saat 3 radələrində rayonun Baltalı kənd sakini, 1970-ci il təvəllüdlü Xəlil Bəhram oğlu Xəlilov bıçaqlanma xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Ona döş qəfəsinin kəsilmiş-deşilmiş, başın kəsilmiş və üst dodağın partlaması xəsarətləri dioqnozu qoyulub.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən bildirlib ki, hadisə Xəlil Xəlilovun yaşadığı kəndə təşkil edilmiş qonaqlıqda baş verib. Xəlil Xəlilovla həmkədlisi Nazim Aslan oğlu Afrizanov arasında şəxsi münasibətlər zəmnində mübahisə düşüb. Mübahizə zamanı Nazim Afrizanov əlində olan bıçaqla Xəlil Xəlilova xəsarət yetirib. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Nazim Afrizanov saxlanılıb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...