Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zaqatalada iş adamı qəza törətdi - Xəsarət alanlar var

Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var.

Mynews.az-ın məlumatına görə, iyunun 29-u saat 16 radələrində rayonun Yengiyan kənd sakini 1968-ci il təvəllüdlü Telman Qurban oğlu Həsrətovun idarə etdiyi “VAZ 21074” markalı, 10 MC 787 dövlət nömrə nişanlı minik avtomobili Zaqatala-Muğanlı yolunda idarəetmənin itirməsi səbəbindən yolun kənarındakı ağaclıq əraziyə girib.

Sürücü Telman Həsrətov xəsarət almasa da, avtomobildə sərnişin qismində olan rayonun Muxax kənd sakinləri - 1991-ci il təvəllüdlü Xuraman Xaləddin qızı Əhmədova, 1986-cı il təvəllüdlü Ülviyyə Davud qızı Ömərova, 1962-ci il təvəllüdlü Şəmsiyyət Hacıəhməd qızı Ömərova və 1978-ci il təvəllüdlü Şəfa Məhəmməd qızı Şabanova müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıblar. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...