Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qırmızı işıqda keçən "Niva" qəza törətdi, İraq vətəndaşı yaralandı

Nəsimi rayonunda iki avtomobilin toqquşması zamanı sərnişin xəsarət alıb.

Mynews.az report-a istinadən xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, Azadlıq prospektində işıqforun yaşıl işığında yolu keçən Şahin Abbasovun idarə etdiyi 90-GF-657 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobili yolu qırmızı işıqda keçən 90-LT-808 dövlət nişanlı "Niva" markalı avtomobil vurub. Zərbənin gücündən "Mercedes"də olan sərnişin, İraq Respublikasının vətəndaşı, 19 yaşlı Mustafa Ali xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları gəlib. Yaralı xəstəxanaya çatdırlıb.

Qəzaya uğrayan hər iki avtomobil deformasiyaya uğrayıb. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Avtotexniki ekspertiza təyin edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...